Prezident bu hərəkətinə görə yüksək məbləğdə cərimələndi
Bizi izləyin

İdman

Prezident bu hərəkətinə görə yüksək məbləğdə cərimələndi

İtaliyanın "Latsio" futbol klubunun prezidenti Klaudio Lotito cərimələnib.

Publika.az xəbər verir ki, prezidentə 10 min avro məbləğində cərimə kəsilib.

Səbəb isə 62 yaşlı prezidentin hakimlər briqadasını təhqir etməsi olub. Belə ki, o, A Seriyasının XIX turunda "Torino" ilə heç-heçə etdikləri (1:1) oyunun fasiləsində paltardəyişmə otağına girərək hakimləri təhqir edib. Federasiyanın İntizam Komitəsi cərimə ilə yanaşı, Lotitoya xəbərdarlıq da edib.

Qeyd edək ki, 19 turdan sonra "Latsio" 19 xalla 4-cü pillədə qərarlaşıb. "Torino" isə 27 xalla 9-cu yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm