Maradona xəstəxanadan evə buraxıldı - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Maradona xəstəxanadan evə buraxıldı - (YENİLƏNDİ)

Əfsanəvi argentinalı futbol ulduzu, 1986-cı il dünya çempionu Dieqo Maradona müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Publika.az xəbər verir ki, bir gecə xəstəxanada qaldıqdan sonra ulduz evə buraxılıb.

O, jurnalistlərə verdiyi açıqlamada həyatına heç bir təhlükənin olmadığını deyib.

***

Əfsanə futbolçu və sabiq məşqçi Dieqo Maradona Buenos-Ayresin klinikalarından birində müayinə zamanı xəstəxanaya yerləşdirilib.

Publika.az "The Sun"a istinadən xəbər verir ki, onun mədəsində qanaxma aşkar edilib və Maradona təcili əməliyyat ediləcək.

Məşhur futbolçu xəstəxanada övladları ilə birlikdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm