"Qarabağ" Türkiyəyə getdi
Bizi izləyin

İdman

"Qarabağ" Türkiyəyə getdi

Qış-təlim məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək "Qarabağ" yola düşüb.

Publika.az xəbər verir ki, komanda bu gün səhər saatlarında Türkiyəyə uçub.

Ağdam klubu qardaş ölkədə 3 həftəlik hazırlıq keçəcək. "Qarabağ" Antalyada olduğu müddətdə 5 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm