.jpg)
“Sumqayıt” dövrələrarası fasilədə növbəti transferini
reallaşdırıb.
Publika.az klubun saytına istinadən xəbər verir
ki, son olaraq “Sabah”da oynayan qapıçı Aydın Bayramovla 1.5 illik
müqavilə imzalanıb. 23 yaşlı futbolçu “Sumqayıt”da 13 nömrəli
formada çıxış edəcək.
Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və
“Sabah” klublarının uğurları üçün çalışıb.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən qapıçı Rəşad Əzizli
və "Zirə"dən müdafiəçi Adil Nağıyevi də heyətinə cəlb edib.