Alman mütəxəssis millimizin üzvündən danışdı: "Aparıcı oyunçumuzdur"
Bizi izləyin

İdman

Alman mütəxəssis millimizin üzvündən danışdı: "Aparıcı oyunçumuzdur"

Azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın "Proyssen" komandasının baş məşqçisi Marko Antverpen ölkə mətbuatına açıqlama verib.

Publika.az xəbər verir ki, “Bild” nəşrinə danışan baş məşqçi millimizin üzvü ilə bağlı da danışıb.

Mütəxəssis bildirib ki, Rüfət komandanın aparıcı oyunçularından biridir: “Yaxşı kollektivimiz var. Müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı oyunçularımızdır. Yanvarın 26-da yeni mövsümün ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam".

Qeyd edək ki, "Proyssen" Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm