“Qalatasaray” Almaniya klubu ilə bacarmadı
Bizi izləyin

İdman

“Qalatasaray” Almaniya klubu ilə bacarmadı

“Qalatasaray” 2018-2019-cu il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın “Leypsiq” komandası ilə yoldaşlıq oyunu keçirib.

Publika.az xəbər verir ki, Almaniyada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. 12 min tamaşaçının izlədiyi görüşdə hesabı 34-cü dəqiqədə “Leypsiq”in oyunçusu Yussuf Poulsen açıb. İkinci hissənin 55-ci dəqiqəsində İstanbul komandasının futbolçusu Martin Linnes hesaba tarazlıq gətirib.

Fateh Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku uğrunda oyunda “Boluspor”a qarşı keçirəcək.

Xatırladaq ki, “Qalatasaray” klubu Braziliyanın “Atletiko Paranaense” komandasından müdafiəçi Markos Nasimento Teyşeyranı və müdafiəçi Emre Taşdemiri transfer edərək heyətini gücləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm