
"Beşiktaş"ın yarımmüdafiəçisi Rayan Babel karyerasını
İngiltərə Premyer Liqasında davam etdirəcək.
Publika.az-ın Türkiyə mətbuatına istinadən yaydığı
xəbərə görə, hollandiyalı futbolçu "Fulhem"lə anlaşıb. Premyer Liqa
təmsilçisi 32 yaşlı futbolçuya görə İstanbul klubuna 2 milyon avro
təzminat ödəyəcək. "Beşiktaş"ın yaxın saatlarda transferi rəsmən
açıqlayacağı bildirilir.
Qeyd edək ki, 2 il öncə azad agent kimi "Beşiktaş"a keçən Babelin "qara qartallar"la sözləməsi bu mövsümün sonuna qədər idi.