• USD 1,7000 0,00% EUR 1,8926 -0,34%
    • GBP 2,2757 -0,53% RUB 0,0271 0,00%

"Real"ın müdafiəçisi sıradan çıxdı

"Real"ın müdafiəçisi sıradan çıxdı

"Real"ın futbolçusu Xesus Valexo növbəti dəfə zədələnib.

Publika.az xəbər verir ki, 22 yaşlı müdafiəçi komandanın məşqində xəsarət alıb və məşqi tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra müəyyənləşəcək. O, cari mövsümdə dördüncü dəfə zədələnib.

Qeyd edək ki, Xesus Valexo "Saraqosa"nın yetirməsidir. 2015-ci ildən "Real Madrid"də çıxış edən futbolçu cari mövsüm heç bir La Liqa matçında iştirak etməyib. O, bu mövsüm yalnız Çempionlar Liqasında Rusiya MOİK-inə 0:3 hesabı ilə uduzduqları və ölkə kubokunun 1/16 final mərhələsində Melilyanı 6:1 hesabı məğlub etdikləri matçlarda meydanda olub. (report)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR