"Qalatasaray"dan ayrılan futbolçudan UĞURSUZ DEBÜT - VİDEO
Bizi izləyin

İdman

"Qalatasaray"dan ayrılan futbolçudan UĞURSUZ DEBÜT - VİDEO

"Qalatasaray"dan ayrılaraq Səudiyyə Ərəbistanı "Əl İttihad"ına transfer olan Qarri Rodrigesin yeni klubundakı debütü uğursuz alınıb.

Publika.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Kral Kuboku matçında "Əl Vaşm"la görüşdə meydana çıxmadan qırmızı vərəqə alıb.

Oyunçu 56-cı dəqiqədə hakimə sərt şəkildə etiraz edib və ikinci sarı vərəqəni alaraq texniki zonadan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Əl İttihad" Qarri Rodriges üçün "Qalatasaray"a 10,25 milyon dollar ödəyib. O, yeni klubu ilə 4.5 illik müqavilə bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm