• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

"Neftçi" Rumıniya klubunu darmadağın etdi - VİDEO

  • İdman
  • 19 Yanvar 2019 02:04
  • 744 Baxış
"Neftçi" Rumıniya klubunu darmadağın etdi - VİDEO

Antalyada qiş təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu yanvarın 18-də ilk yoxlama oyunu keçirib.

Publika.az xəbər verir ki, Roberto Bordinin yetirmələri Rumıniyanın "Qaz Metan" klubu ilə üz-üzə gəlib. Qarşılaşma flaqmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 11-ci dəqiqədə Rəhman Hacıyev vurub.

Digər iki qola isə 70-ci və 84-cü dəqiqələrdə Əli Şirinov imza atıb.

Qeyd edək ki, "Neftçi" Antalyada daha 3 yoxlama oyuna çıxacaq. Paytaxt təmsilçisi yanvarın 20-də İranın "İstiqlal", 23-də Çexiyanın "Slovan” (Liberets), 26-da isə Bolqarıstanın "Beroe" komandaları ilə üz-üzə gələcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR