Qadın baş məşqçidən ŞOK AÇIQLAMA: Seçimlərini cinsiyyət orqanlarının uzunluğuna görə edir
Bizi izləyin

İdman

Qadın baş məşqçidən ŞOK AÇIQLAMA: Seçimlərini cinsiyyət orqanlarının uzunluğuna görə edir

Almaniyada fəaliyyət göstərən qadın baş məşqçi İmke Wuebbenhorst şok açıqlama ilə gündəmə düşüb.

Publika.az xəbər verir ki, ötən ay Oberliqa komandası “Cloppenburq”un əsas komandasına rəhbər təyin edilən qadın baş məşqçi komandanın start heyətini kişilərin cinsiyyət orqanının uzunluğuna görə seçdiyini deyib.

“Euronews”un xəbərinə görə, bir jurnalistin “soyunma otağına girərkən futbolçuların üzərilərini örtməsini tələb edirsinizmi” sualına qadın mütəxəssis belə cavab verib: “Əlbəttə yox, mən bir peşəkaram. Seçimlərimi cinsiyyət orqanlarının uzunluğuna görə edərəm”.

Kişilərdən ibarət komandaya rəhbərlik etməklə ölkə tarixinə adını yazdıran qadın baş məşqçi bu sözlərinə görə cinsi ayrı-seçkilikdə ittiham edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm