Tata Steel Masters 2019: Rəcəbovdan qələbə, Məmmədyarovdan...
Bizi izləyin

İdman

Tata Steel Masters 2019: Rəcəbovdan qələbə, Məmmədyarovdan...

Yanvarın 19-da ənənəvi “Tata Steel Masters 2019” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun macarıstanlı Rixard Rapporta qarşı oyununda heç-heçə qeydə alınıb.

Digər təmsilçimiz Teymur Rəcəbov isə hindistanlı Santoş Viditi məğlub edərək aktivinə 1 xal yazdırıb.

Yeddi turun yekununda Ş.Məmmədyarov 3,5, T.Rəcəbov 4 xal toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm