
Braziliyada təşkil olunan dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, bu gecə qrup mərhələsinə yekun vurulacaq.
Bakı vaxtı ilə saat 21.00-da G qrupunun oyunlarına start veriləcək. Aktvində 4 xal olan Almaniya ilə ABŞ, 1 xal qazanan Portuqaliya ilə Qana qarşılaşacaq. Almaniya - ABŞ oyunu heç-heçə başa çatsa, hər iki komanda 1/8 finala çıxacaq. Almaniya ABŞ-ı udsa, Portuqaliya Qananı yenməklə yanaşı, top fərqində də böyük üstüklük əldə etməlidi.
Saat 01.00-da isə sonuncu - H qrupunun oyunları başlayacaq. Bu qrupda Belçika Cənubi Koreyanı, Əlcəzair Rusiyanı sınağa çəkəcək. Belçika artıq 1/8 finala çıxıb. Digər vəsiqə uğrunda isə üç komanda mübarizə aparır.
Qeyd edək ki, indiyədək Braziliya, Xorvatiya, Hollandiya, Çili, Kolumbiya, Yunanıstan, Kosta Rika, Uruqvay, Fransa, İsveçrə, Argentina və Nigeriya 1/8 finala çıxıb.
G qrupu
21.00 ABŞ - Almaniya
Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov (Özbəkistan), Bahadır Koçxarov (Qırğızıstan), Neant Alium (Kamerun).
Rekife. "Pernambuko Arena".
21.00 Portuqaliya - Qana
Hakimlər: Navaf Şukralla, Yaser Tulerat, İbrahim Saleh (Bəhreyn), Vilmar Roldan (Kolumbiya).
Braziliya. "Estadio Nasional Mane Qarrinça" stadionu.
H qrupu
01.00 Cənubi Koreya - Belçika
Hakimlər: Ben Uilyams, Mattey Kream, Hakan Anaz (Avstraliya), Viktor Hüqo Karrillo (Peru).
San Paulo. "Korintians Arena".
01.00 Əlcəzair - Rusiya
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün (Türkiyə), Coel Aquilar (El Salvador).
Kuritiba. "Arena da Bayksada".