“Qarabağ” “Qalatasaray”ı qabaqladı
Bizi izləyin

İdman

“Qarabağ” “Qalatasaray”ı qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının siyahısını açıqlayıb.

Matç.az xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən, tərtib olunan cədvəldə planetin ən yaxşı 404 klubu yer alıb.

Siyahıda Azərbaycan bir klubla təmsil olunub. Bu, son illərin dəyişməz ölkə çempionu “Qarabağ”dı. 2018-ci ildə çempion titulunu qazanan və Avropa Liqasının qrupuna düşən Qurban Qurbanovun yetirmələri siyahıda 137-ci yerə şərikdi. Ağdam klubu bu mövqeyi Argentinanın “Estudiantes” klubu ilə bölüşür.

“Qarabağ” 2018-ci ildəki nəticələrinə əsasən, 112 xal toplayıb. Planetin 137-cisi olan çempionumuz ötən ilki cədvəllə müqaysədə geriləyib.

Belə ki, 2017-ci ilin yekunlarının açıqlandığı bir il əvvəlki siyahıda Ağdam klubu 94-cü yerdə qərarlaşmışdı. 43 pillə geriləməsinə baxmayaraq, “Qarabağ” dünyanın ən yaxşıları arasında Azərbaycanın yeganə təmsilçisidi. Ötənilki siyahıda yer alan digər iki təmsilçimiz – “Qəbələ” və “Zirə” cədvəli tərk edib.

İkinci “100-lük”də olan ölkə çempionu bir sıra tanınmış klubları arxada qoyub. Onlar arasında “Qalatasaray”, “Bazel”, “Feyenord”, “Penyarol”, “Sent-Etyenn”, “Atletiko Mineyro” kimi nəhənglər yer alıb.

Ümumilikdə isə siyahıda yeni lider peyda olub. Madrid “Atletiko”su tarixində ilk dəfə İFFHS tərəfindən ilin ən yaxşsı hesab olunub. 289 xala malik Diqeo Simeonenin yetirmələri ötən il Çempionlar Liqası və dünya çempionatının qalibi olan “Real”ı 5 xal qabaqlayıb.

3-cü pillədə isə sürpriz ad var. 278 xala malik Avstriya “Zalsburq”u dünya 3-cüsüdü.

Qeyd edək ki, qonşu Türkiyə klublarından “Beşikaş” 54-cü, “Fənərbaxça” 107, “Qalatasaray” 147, “Başakşəhər” 208, “Akhisar” isə 217-cidi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm