• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

“Fənərbaxça” və “Başakşəhər”ə KUBOK ŞOKU

“Fənərbaxça” və “Başakşəhər”ə KUBOK ŞOKU

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə “Akhisarspor” səfərdə 2:1 hesabıyla qalib gəldiyi “Kayserispor”la üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. Nəticədə, ilk 1/4 finalçı Akhisar təmsilçisi olub.

Günün digər matçı “Qalatasaray”la “Boluspor” arasında baş tutub. Lakin bu komandalar ilk oyun çərçivəsində üz-üzə gəliblər. Çünki bir həftə öncə tərəflər arasında baş tutması nəzərdə tutulan qarşılaşma əlverişsiz hava şəraiti ucbatından təxirə salınmışdı. “Qalatasaray” bu oyunda rəqibini minimal hesabla məğlub edib. Cavab qarşılaşması isə yanvarın 29-da keçiriləcək.

İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib. “Trabzonspor”, “Göztəpə” və “Yeni Malatyaspor” rəqiblərini üstələyərək, növbəti mərhələyə yüksəlib.

Son gündə “Başakşəhər” “Hatayspor”a böyük hesabla uduzmaqla mübarizəni dayandırıb. “Fənərbaxça” isə ilk oyunda minimal hesabla uduzduğu “Ümraniyəspor”a səfərdə də uduzmaqla kubokdan kənarda qalıb. “Kasımpaşa” isə “Alanyaspor”u minimal hesabla üstələyib.

Türkiyə Kuboku, 1/4 final mərhələsi

22 yanvar

İlk oyun

Boluspor – Qalatasaray 0:1

Qol: İnan, 42 -pen.

Cavab oyunları

Akhisarspor – Kayserispor 0:0 (ilk oyun 2:1)

23 yanvar

15:00. Bodrumspor – Yeni Malatyaspor 1:2 (ilk oyun 2:3)

Qol: Türkdoğan, 61 – Alıcı, 79. Şişmanoğlu, 87.

19:00. Göztəpə – Antalyaspor 3:0 (ilk oyun 3:3)

Qol: Çelik, 21-avto qol. Günlər, 39. Kadah, 66.

21:30. Balıkəsirspor – Trabzonspor 1:3 (ilk oyun 1:2)

Qol: Belek, 34 – Novak, 32. Parmak, 59; 87.

24 yanvar

Hatayspor – Başakşəhər 4:1 (0:1)

Qol: Y.Abdioğlu, 12. M.Aydın, 25. S.İlqaz, 43. M.Aydın, 65 – M.Yoyiç, 19.

Kasımpaşa – Alanyaspor 1:0 (0:0)

Qol: T.Serbest, 115.

Fənərbaxça – Ümraniyəspor 0:1 (0:1)

Qol: L.Barrios, 89.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR