“Çelsi”nin futbolçusu “Fənərbaxça”da
Bizi izləyin

İdman

“Çelsi”nin futbolçusu “Fənərbaxça”da

“Çelsi”nin futbolçusu Viktor Mozes karyerasını Türkiyədə davam etdirəcək.

Publika.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mozes 1,5 il icarə əsasında “Fənərbaxça”da forma geyinəcək.

2012-ci ildən “Çelsi”də çıxış edən nigeriyalı futbolçu cari mövsümdə 6 qarşılaşmada iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm