"Trabzonspor" Super Liqadan imtina edir
Bizi izləyin

İdman

"Trabzonspor" Super Liqadan imtina edir

"Trabzonspor" futbol üzrə Türkiyə Super Liqasından imtina edə bilər.

ANS PRESS-in məlumatına görə, klubun idarə heyətinin üzvü Murat Türköz "Fənərbaxça" klubunun prezidenti Əziz Yılldırımın yenidən mühakimə olunması qərarının "Trabzonspor"un Liqadan gedəcəyi ilə nəticələnə biləcəyini bildirib.

Onun sözlərinə görə, danışılmış oyunlar qalmaqalı səbəbindən Əziz Yıldırımın yenidən mühakimə olunması və əvvəlki məhkəmə qərarlarının dayandırılması "Trabzonspor"ın halal çempionluğunu əlindən almaq niyyəti daşıyır:

"Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu da liqadan gedə biləcəyini istisna etmir. Biz bu qərarla diqqətləri "Trabzonspor"un çempion olmasına çəkmək istəyirik. Bizi Türkiyə futbolundan getməyimiz barədə qərar verməyə zorlamasınlar. Bu vicdansızlıq davam edəcəyi təqdirdə "Biz yoxuq" deməyə hazırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm