Azərbaycan futbolu bu kateqoriyada da gerilədi
Bizi izləyin

İdman

Azərbaycan futbolu bu kateqoriyada da gerilədi

2018-ci ilin transfer əməliyyatlarında Azərbaycanın 13 klubu iştirak edib.

Publika.az xəbər verir ki, bu barədə FIFA-nın 2018-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Azərbaycan klubları 2018-ci ildə ümumilikdə 77 kişi oyunçu transfer edib ki, bu da 2017-ci illə müqayisədə 30% azdır. Ölkə bu nəticə ilə 73-cü yerdədir. Azərbaycandan çıxan oyunçuların sayı isə əvvəlki illə müqayisədə 16 faiz çox - 58 olub. Ölkə bu göstəricidə isə 82-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2018-ci ildə xaricə ən çox oyunçu ixrac edən (832) və futbolçu cəlb edən (677) ölkə Braziliya olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm