"Beşiktaş" millimizin futbolçusunu transfer edir - - FOTO
Bizi izləyin

İdman

"Beşiktaş" millimizin futbolçusunu transfer edir - - FOTO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçü "Beşiktaş"a transfer olunur.

Publika.az xəbər verir ki, “ağ-qaralar” "Giresunspor"da çıxış edən Ozan Canla yanaşı, bir neçə gənc futbolçunu heyətə cəlb etmək istəyir.

Onlar arasında Ozanın Hollandiyanın "Feyenoord" klubunda çıxış edən kiçik qardaşı Orkun Kökçü və "Dinamo Zaqreb "in 18 yaşlı üzvü Aydın Hasiç də var.

Qeyd edək ki, Ozan Can Kökçü "Giresunspor"a bu mövsümün əvvəlində "Bursaspor"dan keçib. O, bu komandanın heyətində 10 oyuna çıxıb.

“Beşiktaş” isə son olaraq Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Sindzi Kaqavanı transfer edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm