Azərbaycanın Avropa çempionu azarkeşlərə müraciət etdi
Bizi izləyin

İdman

Azərbaycanın Avropa çempionu azarkeşlərə müraciət etdi

Fevralın 16-da Bakıda start götürəcək batut gimnastikası və tamblinq üzrə "AGF Trophy" Dünya Kuboku ərəfəsində azərbaycanlı Avropa çempionu Mixail Malkin azarkeşlərə müraciət edib.

Publika.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 23 yaşlı idmançı tamaşaçı dəstəyinə ehtiyacının olduğunu bildirib.

Malkin bu dəstəkdən ruhlandığını açıqlayıb:

"Yarışdan əvvəl əhvalımı yaxşı saxlamaqdan ötrü dostlarımla görüşür, şəhərdə gəzişirik ki, başımı qatım və fikrim yalnız yarışda olmasın. Yaxşı nəticələrdən sonra uğurlarımı yaxınlarımla qeyd edirəm. Bu, məni digər yarışlara motivasiya edir. Tamaşaçı dəstəyi mənim üçün çox vacibdir. Bu dəstəkdən güc və enerji alıram. Gəlin, milli komandamıza dəstək olun".

Qeyd edək ki, 11 ildir tamblinqlə məşğul olan Mixail Malkin ötən il Avropa çempionu olaraq, ən böyük uğuruna imza atıb. 31 ölkənin qatılacağı "AGF Trophy" iki gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm