"Səbail" "Keşlə"ni darmadağın etdi
Bizi izləyin

İdman

"Səbail" "Keşlə"ni darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Səbail"i qəbul edib.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 14-cü dəqiqədə "Səbail"in ən yaxşı bombardiri Kevin Kubemba açıb. O, cinah ötürməsini başla qola çevirib. 53-cü dəqiqədə Elvin Yunuszadə"Keşlə"nin qapıçısı Kamran Ağayevin səhvindən sonra fərqlənərək, yeni komandasında ilk qolunu vurub. Oyunda son nöqtəni isə yenə Ağayevin səhvindən yararlanan Ağabala Ramazanov qoyub.

Bununla da "Səbail" 3 oyunluq qolsuzluqdan sonra 3 qollu qələbə ilə xallarını 24-ə çatdıraraq, 3-cü pillədə möhkəmlənib. Ardıcıl 4-cü matçda meydanı qolsuz tərk edən "Keşlə" isə 12 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, tura fevralın 3-də keçiriləcək "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Neftçi" matçları ilə yekunvurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm