
DÇ-2014-ün G qrupunda Portuqaliya millisi Qanaya 2:1 hesabı ilə qalib gəlsə də, 1/8 finala yüksələ bilməyib.
Publika.az xəbər verir ki, digər oyununda ABŞ-ın Almaniyaya minimal hesabla uduzması (0:1) Portuqaliyanı qrupda saxlayıb.
Üç oyundan sonra hər iki komandanın 4 xalı olsa da, top fərqində daha yaxşı göstəriciyə malik ABŞ yığması 1/8 finalda oynamaq hüququ qazanıb. Qana ilə oyunda komandasının qələbə qoluna imza atan Kriştiano Ronaldo qrup mərhələsini adlaya bilmədikləri üçün göz yaşlarını saxlaya bilməyib.