İdman
Qurbanov derbidən danışdı: "Göründü ki..."
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"ylə evdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
"Report" xəbər verir ki, təcrübəli çalışdırıcı öncə matç haqda danışıb.
- Düşünürəm ki, maraqlı matç alındı. Deyərdim ki, əsl derbidir. Hiss olunurdu ki, hər iki komanda qalib gəlmək istəyir. Bugünkü oyunu gözlləşdirən azarkeşlər oldu. Futbolçularıma nəticəyə baxmayaraq, təşəkkür etmək istəyirəm. Layiqli mübarizə apardılar.
Komandanızın çempionata hazır olmadığı görünürdü...
- Əlbəttə, çatışmazlıqlar var. Pis oyun göstərmədik. Xeyli düşünülmüş hücumlar qurduq. 2-3 turdan sonra daha mobil komanda olacağıq.
Qış fasiləsindən əvvəlki və indiki "Neftçi" arasında fərq gördünüzmü?
- Fikir demək tez olar. "Neftçi"də ilk dövrədə olduğu kimi, qalib ruhu hiss olunurdu. Göründü ki, ciddi hazırlaşıblar. Yenə də bizə asan olmadı.
Bordin nəticəni uğurlu saydı. Bəs siz?
- Normal nəticədi. Qalib gəlsəydik, daha yaxşı olardı. Buna rəğmən, qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq. Rəqib də 3 xallıq fərqi qoruyub saxlamaq istəyirdi və buna nail oldu.
"Qarabağ"a qayıdan Riçard Almeydanın oyunu sizi qana etdi:
- Bəli, Hər bir futbolçudan razı qaldım.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK