Mourinyo buz üstünə çıxdı və... - VİDEO
Bizi izləyin

İdman

Mourinyo buz üstünə çıxdı və... - VİDEO

Məşhur portuqaliyalı məşqçi Joze Mourinyonun Rusiya səfəri kuryoz hadisə ilə əlamətdar olub. Matc.az xəbər verir ki, pireneyli çalışdırıcı Qitə Hokkey Liqasının (KXL) “Avanqard” – OİK görüşünün fəxri qonağı olub.

O, Moskva vilayətinin Balaşixa şəhərində keçirilən görüşdən öncə Rusiya paytaxtını gəzib, matçın baş tutacağı arena və “Avanqard” komandası ilə tanış olub. Məşqçilər, hokkeyçilər, klub rəhbərliyi ilə görüşən Mourinyo avtoqraf vermək, şəkil çəkdirmək və müsahibədə heç kimə imtina etməyib.

Günün əsas hadisəsi olan qarşılaşma şaybanı məhz Mourinyonun atması ilə başlayıb. Qırmızı xalçadan döşənən yolla meydanın mərkəzinə gedən mütəxəssis şaybanı atıb və birdən-birə sürüşərək yıxılıb.

Tanınmış rusiyalı hokkeyçi Pavel Datsyuk cəld tərpənərək əlini yıxılan məşqçiyə uzadıb. Baş verənlər tribunaların qəhqəhə çəkərək gülməsinə səbəb olub.

Çünki Mourinyonu belə görən olmamışdı. O, yəqin bir daha hokkeyə getməz.

Portuqaliyalı kimi Rusiya Futbol İttifaqının prezidenti postuna namizəd Aleksandr Dyukov, Rusiya futbol millisinin baş məşqçisi Stanislav Çerçesov və digər tanınmış simalar da fəxri qonaqlar sırasında yer alıb.

KXL Mourinyonun yıxılması ilə bağlı epizodu sosial şəbəkələrdəki rəsmi səhifələrindən silib. Görüntülərdə yalnız onun şaybanı atması yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm