Messi "El-Klasiko"da oynayacaq? - Özü qərar verəcək
Bizi izləyin

İdman

Messi "El-Klasiko"da oynayacaq? - Özü qərar verəcək

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi İspaniya Kubokunun fevralın 6-da keçiriləcək birinci yarımfinal oyununda "Real"a qarşı oynaya bilər.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri yazıb.

Mənbənin məlumatına görə, futbolçunun zədəsi yoxdur, lakin əzələ sıxılması var. Bununla əlaqədar olaraq, forvard "Real" ilə oyunda iştirak barədə qərarı özü qəbul edəcək. Argentinalı futbolçu bu gün qrup məşqində iştirak edib.

Messi İspaniya çempionatının 22-ci turunda "Valensiya" ilə oyunda (2:2) zədə alıb.

"Barselona" – "Real" matçı "Nou Kamp" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm