“Qalatasaray”dan kubok qələbəsi
Bizi izləyin

İdman

“Qalatasaray”dan kubok qələbəsi

Türkiyə Kubokunun 1/4 final mərhələsində “Qalatasaray” komandası öz meydanında “Hatayspor”u qəbul edib.

Publika.az xəbər verir ki, “Türk Telekom” arenada reallaşan oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda hesabı 7-ci dəqiqədə Kristian Luyindama açıb. Görüşün 41-ci dəqiqəsində qonaqlar meydanda azlıqda qalıblar. Belə ki, Ömər Alıcı etdiyi qayda pozuntusuna görə qırmızı kartla oyundan kənarlaşdırılıb. Birinci hissə elə bu hesabla başa çatıb. İstanbul təmsilçisi 90-cı dəqiqədə Sofian Fequlinin vurduğu qolla oyunun yekun hesabını müəyyən edib - 2:0.

Türkiyə Kubokunun dörddəbir final mərhələsinin bu gün keçirilən “Yeni Malatyaspor” - “Göztəpə” qarşılaşması isə 1:0 hesabı ilə Malatya təmsilçisinin xeyrinə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm