Faciəvi şəkildə yoxa çıxan argentinalı futbolçu ilə bağlı YENİ XƏBƏR
Bizi izləyin

İdman

Faciəvi şəkildə yoxa çıxan argentinalı futbolçu ilə bağlı YENİ XƏBƏR

Argentinalı futbolçu Emiliano Salanın da içində olduğu qəzaya uğramış təyyarə La Manş dənizindən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə Hava Qəzaları Araşdırma Birliyindən informasiya yayılıb.

Xəbərə görə, təyyarənin qalıqlarının içindəki cəsəd çıxarılıb. Lakin cəsədin Emiliano Salayamı, yoxsa pilot Devid Aybbotsonamı aid olduğu açıqlanmayıb. Onların ailələrinə vəziyyət barədə məlumat verilib.

Qeyd edək ki, Fransanın Nants şəhərindən Uelsin paytaxtı Kardiffə doğru 22 yanvar tarixində yola çıxan Salanın xüsusi təyyarəsi La Manş dənizinin üzərində radarlardan çıxmışdı. Onun axtarışlarına 1 dəfə son verilmiş, lakin sonra yenidən başladılmışdı. Sala Premyer Liqa komandası “Kardiff Siti”yə 15 milyon funt-sterlinq qarşılığında transfer olmuşdu. O, yeni komandasının düşərgəsinə qatılmaq üçün yola çıxmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm