40 min təbrizlidən MÖHTƏŞƏM GÖSTƏRİ: "İstəməyən kor olsun" - - VİDEO
Bizi izləyin

İdman

40 min təbrizlidən MÖHTƏŞƏM GÖSTƏRİ: "İstəməyən kor olsun" - - VİDEO

Təbrizin “Traxtur” komandası ötən gün “Məscidi Süleyman”ın “Neft” komandasını qonaq edib.

Publika.az xəbər verir ki, “Səhənd” stadionunda baş tutan oyun böyük fərqlə Azərbaycan komandasının xeyrinə yekunlaşıb.

Superliqanın 16-cı həftəsi çərçivəsində keçirilən görüşün birinci hissəsində komandalar hesabı aça bilməyib. İkinci hissənin 50-ci dəqiqəsində Əşkan Dejaqe, 56-cı dəqiqəsində Yukiya Sogita “Traxtur”u hesabda önə çıxarıb. 66-cı dəqiqədə isə “Neft” komandası oyunçusu səhvən topu öz qapılarından keçirib. Bununla da “Traxtur”-“Neft” oyunu 3:0 hesabı ilə yekunlaşıb.

Görüşdə təxminən, 40 min “Traxtur” azarkeşi tamaşaçı qismində iştirak edib. Soydaşlarımız oyun boyu “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşa Azərbaycan” və s. kimi şüarlar səsləndiriblər.

Oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və 25-ci dəqiqədə “Azərbaycan qızları göylərin ulduzları – Stadion yolları gözləyir onları, Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq biz alarıq haqqınızı türk qızları, türk qızları...!” şüarı səsləndirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm