PSJ-də növbəti AĞIR İTKİ
Bizi izləyin

İdman

PSJ-də növbəti AĞIR İTKİ

PSJ klubu ciddi itkiylə üzləşib.

Publika.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Marko Verratti zədələnib. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel klubun saytına açıqlamasında deyib.

Tuxel, Verrattinin komandanın son məşqini tamamlaya bilmədiyini, həftəsonu Liqa 1-də “Bordo”yla keçiriləcək matçda iştirakının sual altında olduğunu bildirib.

Verrattinin Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Mançester Yunayted”lə matçda da iştirakı şübhə altındadır.

PSJ-də Verrattidən əlavə, Neymar da zədəlidir. Braziliyalı futbolçunun aprel ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

PSJ – “Bordo” matçı fevralın 9-da, “Mançester Yunayted” – PSJ görüşü isə fevralın 13-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm