"Neftçi" TARİX YAZDI - VİDEO
Bizi izləyin

İdman

"Neftçi" TARİX YAZDI - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, lider "Neftçi" "Bakcell Arena"da "Keşlə"ni qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu flaqmanın kapitanı Emin Mahmudov vurub.

Matçın 82-ci dəqiqəsində meydana "Neftçi"nin yeni transferi Canluka Sansone Vanqelis Platellasın yerinə meydana çıxıb. O, Azərbaycan Premyer Liqasında çıxış edən ilk italiyalı futbolçu kimi tarixə düşüb.

Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 37-yə yüksəldərək, liderliyini davam etdirib. 12 xala malik "Keşlə" isə 7-ci pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm