"Zirə" səfərdən 3 xalla dönür
Bizi izləyin

İdman

"Zirə" səfərdən 3 xalla dönür

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son oyununda “Səbail” “Bayıl Arena”da “Zirə”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra xallarının sayını 13-ə yüksəldən “Zirə” sonuncu pillədən qurtularaq 7-ci sıraya yüksəlib. “Səbail” isə 24 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər matçında “Neftçi” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Dünən keçirilmiş oyunlarda isə “Qəbələ” “Sabah”ı 1:0, “Qarabağ isə “Sumqayıt” 2:0 hesabı ilə üstələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm