Luçesku Türkiyə millisindən istefaya göndərildi
Bizi izləyin

İdman

Luçesku Türkiyə millisindən istefaya göndərildi

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

Publika.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumını mütəxəssis ilə qarşılıqlı razılıq əldə edib və müəyyən ödəniş müqabilində baş məşqçi istefa verməyə razılaşıb. Belə ki, təcrübəli məşqçi qarşıdakı 4 ayda da TFF-dən maaşını alacaq.

Qeyd edək ki, Mirça Luçeskunun rəhbərliyi dövründə Türkiyə millisi uğursuz çıxış edib və Dünya çempionatına vəsiqə əldə edə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm