"Real"ın futbolçularını narahat edən azarkeşlər saxlanıldı
Bizi izləyin

İdman

"Real"ın futbolçularını narahat edən azarkeşlər saxlanıldı

Hollandiyanın dörd vətəndaşı Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"ın İspaniya "Real"ı ilə matç öncəsi asayişi pozduqlarına görə saxlanılıb.

Publika.az xəbər verir ki, fanatlar gecə saat 4-də Madrid təmsilçisinin Amsterdamda qaldığı otelin yanında səs-küy salıb və fişənglər yandırıblar.

Qeyd edək ki, "Ayaks" - "Real" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu martın 5-də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm