Avropa Liqası, 1/16 final: "Qalatasaray" məyus etdi, Belarusda SENSASİYA (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Avropa Liqası, 1/16 final: "Qalatasaray" məyus etdi, Belarusda SENSASİYA (YENİLƏNDİ)

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk 8 oyunu keçirilib.

Publika.az xəbər verir ki, gecənin sensasiyası Belarusda qeydə alınıb.

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat və Avropa Liqasının qrup mərhələsində rəqibləri olmuş BATE ilə İngiltərə "Arsenal"ı üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 46-cı dəqiqədə Stanislav Draqun vurub.

Türkiyə təmsilçisi "Qalatasaray" isə öz meydanında Portuqaliya "Benfika"sına uduzub - 1:2. "Sarı-qırmızılar"ın yeganə qolunu Kristian Luyindama vurub.

Avropa Liqası

1/16 final, ilk oyunlar

14 fevral

21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya) - 0:0

21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika) - 0:0

21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:1

21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya) - 0:1

21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:2

21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya) - 3:3

21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə) - 1:0

21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2

00:00. “Brügge” (Belçika) - “Zalsburq” (Avstriya)

00:00. “Malmö” (İsveç) - “Çelsi” (İngiltərə)

00:00. “Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya)

00:00. “Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya)

00:00. “Sürix” (İsveçrə) - “Napoli” (İtaliya)

00:00. “Şaktyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya)

00:00. “Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm