Çinlilər Suareslə rəsmən məzələnir
Bizi izləyin

İdman

Çinlilər Suareslə rəsmən məzələnir

Futbol üzrə Uruqvay yığmasının hücumçusu Luis Suares son oyunda İtaliya yığmasının üzvü Corco Kellinini dişləməsindən sonra Çində məşhurlaşıb. Hətta onun bu hərəkəti yerli sahibkarlara yeni biznes-ideya verib.

Publika.az “Qazeta. Ru”ya istinadən bildirir ki, çinlilərə məxsus “Taobao” adlı internet-mağazada formaca Luis Suaresi xatırladan qapaqaçan satışa çıxarılıb. Qapaqaçanın üstündə “Suareslə bütün qapaqlar rahat açılır” sözləri yazılıb. Malın qiyməti isə o qədər də baha deyil: cəmi 15 yuan (2,5 dollar).

Xatırladaq ki, Uruqvayın hücumçusu Suares Kyellinini dişlədiyinə görə artıq sərt şəkildə cəzalanıb. O, dünya çempionatından qovulub. Üstəlik, 4 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm