"Beşiktaş"dan çətin səfər qələbəsi
Bizi izləyin

İdman

"Beşiktaş"dan çətin səfər qələbəsi

Superliqanın 22-ci turunun açılış oyununda “Beşiktaş” “Yeni Malatyaspor”un qonağı olub.

Publika.az xəbər verir ki, görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib İstanbul təmsilçisi olub. Qarşılaşmanın 40-cı dəqiqəsində “Malatyaspor”un hücumçusu meydandan qovulub. Say üstnlüyündən istifadə edən qonaqlar Hatçinsonun 49-cu dəqiqədə vurduğu qolla meydan sahiblərini mərkəzə dəvət ediblər. Lakin Malatya təmsilçisi hücumçu Ömər Şişmanoğlunun vurduğu qolla hesabı bərabərləşdirib. Görüşün 70-ci dəqiqəsində isə “Beşiktaş”ın hücumçusu Lyayiç qələbə qolunu vurub.

Bu qələbə sayəsində “Beşiktaş” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlində üçüncü pillədəki yerini möhkəmləndirib. “Yeni Malatyaspor” isə 34 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 16, 17 və 18-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm