Milli Gimnastika Arenasında Dünya Kubokunun açılış mərasimi keçirildi - - FOTO
Bizi izləyin

İdman

Milli Gimnastika Arenasında Dünya Kubokunun açılış mərasimi keçirildi - - FOTO

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Əvvəlcə Dünya Kubokunda iştirak edən ölkələrin bayraqlarının paradı olub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Publika.az Trend-ə istinadla Dünya Kubokunun açılış mərasimindən fotoreportajı təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm