Son saniyələrdə üzü gülən "Keşlə" - VİDEO
Bizi izləyin

İdman

Son saniyələrdə üzü gülən "Keşlə" - VİDEO

Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

Publika.az xəbər verir ki, həftənin ilk oyununda "Keşlə" ASK arenada "Sumqayıt"ı qəbul edib.

Rauf Cabbarovun idarə etdiyi matç "Keşlə"nin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 28-ci dəqiqədə "Keşlə"nin forvardı Amil Yunanov açıb. Qonaqlar görüşün 73-cü dəqiqəsində hesabı bərabərləşdirib. Əfran İsmayılov cinah asmasını başla qapıya göndərib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə Amil Yunanova qarşı cərimə meydançasında baş verən qayda pozuntusuna görə hakim penalti nöqtəsini göstərib. Topa yaxınlaşan Nikola Mitroviç hesabı 2:1 edib.

Bu nəticədən sonra xalını 15-ə çatdıran "Keşlə" 6-cı pilləyə yüksəlib. 15 xala malik "Sumqayıt" klubu isə 7-ci pilləyə enib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm