"Neftçi" autsayderə qol vura bilmədi
Bizi izləyin

İdman

"Neftçi" autsayderə qol vura bilmədi

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, həftənin ikinci matçında sonuncu pillədə qərarlaşan "Zirə" lider "Neftçi"ni qəbul edib.

Görüş ərzində hər iki komandanın fərqlənmək üçün şansı olsa da, hesab açılmayıb.

Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. Qonaqlar xallarını 38-ə, meydan sahibləri isə 14-ə çatdırıb.

Bu gün keçirilən açılış matçında "Keşlə" evdə "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Tura fevralın 17-də baş tutacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm