Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...
Bizi izləyin

İdman

Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...

Fransalı mütəxəssis Zinəddin Zidan İngiltərənin “Çelsi” komandasının baş məşqçisi olmaq üçün iki şərt irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri informasiya yayıb.

Xəbərə görə, 47 yaşlı baş məşqki klub rəhbərliyindən minimum 220 milyon avroluq transfer büdcəsi istəyib. Bundan əlavə, belçikalı yarımmüdafiəçi Eden Azarın komandada saxlanılmasını istəyib.

Qeyd edək ki, 2016 - 2018-ci illərdə İspaniyanın “Real Madrid” komnandasına rəhbərlik etmiş Zinəddin Zidan ötən mövsümün sonunda öz istəyi ilə postunu tərk etmişdi.

Qeyd edək ki, “Çelsi” rəhbərliyi ötən yay baş məşqçi vəzifəsinə təyin etdikləri italiyalı Mauritsio Sarrini istefaya göndərmək istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm