İlin ən yaxşı kişi və qadın idmançıları məlum oldu
Bizi izləyin

İdman

İlin ən yaxşı kişi və qadın idmançıları məlum oldu

Monakoda "Laureus" Dünya İdman Akademiyası versiyası üzrə 2018-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, "İlin ən yaxşı kişi və qadın idmançıları" adına serbiyalı tennisçi Novak Cokoviçlə ABŞ gimnastı Simona Beylz layiq görülüb.

Amerikalı qolfçu Tayger Vuds "İlin qayıdışı", yaponiyalı qadın tennisçi Naomi Osaka "İlin sıçrayışı" nominasiyasında qalib olub.

Futbol üzrə Fransa yığması ilin komandası sayılıb.

Amerikalı dağ xizəkçisi Lindsi Vonn, snoubordçu Hloya Kim, keniyalı marafonçu Eliud Kipçoqe, slovakiyalı paralimpiyaçı dağ xizəkçisi Henrieta Farkaşova, çinli alpinist Sya Boyuy, fransalı futbol məşqçisi Arsen Venger də xüsusi mükafatlara layiq görülüb.

Qeyd edək ki, "Laureus" mükafatını 1999-cu ildə biznes dünyasında məşhur olan bir neçə şirkətin iştirakı ilə beynəlxalq fondlar təsis edib. İlkin mərhələdə namizədləri idman mətbuatı seçir. Sonra isə akademiyanın ötənlərin məşhur idmançılarından ibarət 50 üzvü arasında səsvermə keçirilir.

2018-ci ildə 4 turnirin qalibi olmuş Cokoviç "Formula 1" üzrə dünya çempionu Lüis Hemilton, ABŞ basketbolçusu Lebron Ceyms, fransalı futbolçu Kilian Mbappe, keniyalı marafonçu Eliud Kipçoqe və xorvatiyalı futbolçu Luka Modriçi üstələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm