• USD 1,7000 0,00% EUR 1,9163 -0,82%
    • GBP 2,1395 -0,36% RUB 0,0240 +0,83%

Millimiz Türkiyəyə məğlub oldu

  • İdman
  • 19 Fevral 2019 23:16
  • 553 Baxış
Millimiz Türkiyəyə məğlub oldu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib.

Publika.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunda hesabı qonaqlar açıb. Ancaq cəmi 2 dəqiqə sonra komandamız status-kvonu bərpa edib, hətta hesabı lehinə də dəyişib. Sonrakı dəqiqələrdə tərəflər hərəyə bir dəfə fərqlənib ki, nəticədə komandamız fasiləyə üstün yollanmağı bacarıb. İkinci hissənin əvvəlində üstünlüyü ələ leçirən rəqib hesaba da tarazlıq gətirib. Daha 2 qol vuran qonaqlar yekundə qələbə qazanıb.

Xatırladaq ki, bu komandalar arasında növbəti oyun fevralın 21-də Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da start götürəcək.

Yoxlama oyunu

19 fevral

Azərbaycan U-19 – Türkiyə U-19 3:5

Qol: T. Hüseynov, 07:48, N. Mehdizadə, 08:15, R. Mütəllimov, 12:29 – S. Çollak, 05:33, M. F. Özhan,11:30, 22:22, 38:12, B. Dırağa, 26:46.

Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Kənan Məlikov.
Bakı İdman Sarayı. Saat 19:00.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR