İdman
Azərbaycan daha bir prestijli yarışa ev sahibliyi edəcək
10-cu “Baku Open” beynəlxalq karate turniri martın 14-də start götürəcək.
Publika.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksində dörd gün davam edəcək yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatını ərəfəsində test xarakteri daşıyır.
Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasındakı yubiley turnirində 10-dan artıq ölkə karateçilərinin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkili üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) mütəxəssisləri, eləcə də digər ölkələrdən beynəlxalq hakimlər dəvət olunub.
Fərdi kata və kumite üzrə yarışın ilk günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaqlar. 17 martda 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-13 yaşadək uşaqlar döyüşəcəklər.
Yubiley turnirinin təntənəli açılış mərasimi 15 mart saat 17:00-da başlanacaq. Yarışdan bir gün əvvəl, 13 martda isə WKF Hakimlər komitəsinin üzvü və EKF Hakimlər komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı