İdman
Avropa çempionatında ilk medal!
Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək
kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start
götürüb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən
verilən məlumata görə, nüfuzlu yarışda Azərbaycanı yeniyetmələrin
mübarizəsində kayakçı Aleksey Solovey, Amil Hüseynli və kanoeçi
Mikita Sablin, 23 yaşadək kayakçıların yarışında Aleksandr Piçugin,
Mirnazim Cavadov və Tamerlan Mustafayev, kanoeçilərdən isə Anatoli
Melnik, Aleksey Kupin və Taras Matviyçuk təmsil edirlər.
İyunun 27-də Matviyçuk – Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000
metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Onlar seçmə yürüşdə
finişə 3 dəqiqə 48,220 saniyəyə çataraq, 1-ci olublar və birbaşa
əsas finala yüksəliblər. Həlledici yürüşdə isə təmsilçilərimiz 3
dəqiqə 36,432 saniyə nəticə ilə 3-cü yeri tutublar. Qızıl medal
rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (3:34.072), gümüş medal
isə ukraynalı Yuri Vandyuk – Andrey Rıbaçok (3:35.352) duetlərinə
qismət olub.
Digər kayakçılarımız və kanoeçilərimiz qarşıdakı hələlik fəxri
kürsüyə yüksələ bilməyiblər.
Qeyd edək ki, Avropa çempionatında 32 ölkə mübarizə aparır.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?