• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

"Qarabağ" iki qol vurdu, amma qələbə qazana bilmədi

"Qarabağ" iki qol vurdu, amma qələbə qazana bilmədi

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci matçında çempionatın debütantı“Sabah” “Qarabağ”ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə ilk qol 19-cu dəqiqəyə təsadüf edib. “Qarabağ”ın heyətində Reynaldo Silva cərimə zərbəsini dəqiq yerinə yetirib. 72-ci dəqiqdə isə Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov avtoqol müəllifi olub. 77-ci dəqiqədə meydan sahiblərinin heyətində Erik Ramos ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran “Qarabağ” bir günlük də olsa, lider “Neftçi” ilə xallarını bərabərləşdirib. “Sabah” isə 21 xalla beşincidir.

Qeyd edək ki, günün digər oyununda “Qəbələ” evdə “Keşlə” ilə heç-heçə edib. Tura sabah keçiriləcək “Neftçi” – “Səbail” və “Sumqayıt” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR