• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

"Neftçi"nin uğurlu seriyası qırıldı

"Neftçi"nin uğurlu seriyası qırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, mərkəzi qarşılaşmada "Neftçi" "Bakcell Arena"da "Səbail"i qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 35-ci dəqiqədə qonaq komandanın ən məhsuldar hücumçusu Kevin Kubemba açıb. O, Tural Axundovun qapıçıya yanlış ötürməsindən sonra fərqlənib. Kubemba aktivinə 5-ci qolu yazdırıb. 43-cü dəqiqədə Yevgeni Koçuk cərimə zərbəsindən sonra "Səbail"in ikinci topunu vurub.

"Neftçi" təsəlli qoluna 56-cı dəqiqədə imza atıb. Kapitan Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo fərqlənərək, aktivindəki qolların sayını 8-ə çatdırıb və bombardirlər siyahısında vahid liderə çevrilib.

Beləliklə, "Neftçi" Premyer Liqada 2-ci məğlubiyyəti ilə üzləşib. Flaqman ilk dəfə VIII turda səfərdə "Qəbələ"yə uduzub - 1:3.

Hesabat turunda yenilməsinə baxmayaraq, "Neftçi" 38 xalla "Qarabağ"la liderliyini davam etdirir. "Səbail" isə xallarını 30-a çatdırsa da, 3-cü pillədə qalıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR