“Zirə” “Sumqayıt”ı məğlub etdi
Bizi izləyin

İdman

“Zirə” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turuna yekun vurulub.

Publika.az xəbər verir ki, turun sonuncu matçı “Kapital Bank Arena” stadionunda keçirilib. Premyer Liqanın autsayderi “Zirə” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş zirəlilərin minimal hesablı qələbəsi ilə baş çatıb. Oyun taleyin həll edən yeganə qolu matçın 23-cü dəqiqəsində Mfo Kqasvane vurub.

Beləliklə, “Zirə” bu qələbə sayəsində xalların sayını 17-ə çatdırıb və turnir cədvəlində iki pillə irələyərək 6-ci yerə yüksəlib. “Sumqayıt” isə 15 xalla sonuncu - 8-ci yerdədir.

Növbəti turda “Zirə” öz meydanında “Qəbələ” ilə, “Sumqayıt” isə səfərdə “Səbail”lə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm