Millimiz Almaniyadan 4 medalla qayıdır - VİDEO
Bizi izləyin

İdman

Millimiz Almaniyadan 4 medalla qayıdır - VİDEO

Azərbaycanın cüdo üzrə milli komandası Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirində 4 medal qazanıb.

Publika.az xəbər verir ki, son yarış günündə yığma üzvləri 1 qızıl, 2 bürünc medala sahib olublar.

90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev finalda yaponiyalı Sanşiro Muraonu, 100 kq çəkidəki Zelim Kotsoyev və qadınlardan 78 kq-dan yuxarı çəkidəki İrina Kindzerska 3-cü yer uğrunda görüşdə müvafiq olaraq, serbiyalı Boyan Dosen və tunisli Nihel Şeyx Ruhunu məğlub ediblər.

Ötən gün isə 73 kq çəkidə Rüstəm Orucov bürünc medal əldə edib.

Böyük Dəbilqə, 24 fevral

Kişilər

90 kq

FİNAL. Məmmədəli Mehdiyev - Sanşiro Murao (Yaponiya)

1/2 final. Məmmədəli Mehdiyev - Aleksandar Kukol (Serbiya)

1/4 final. Məmmədəli Mehdiyev - İvan Felipe Silva Morales (Kuba)

1/8 final. Məmmədəli Mehdiyev - Robert Florentino (Dominikan Respublikası)

1/16 final. Məmmədəli Mehdiyev - Hebilige Bu (Çin)

1/32 final. Məmmədəli Mehdiyev - Li Koçman (İsrail)

100 kq

Bürünc medal görüşü. Zelim Kotsoyev - Boyan Dosen (Serbiya)

1/2 final. Zelim Kotsoyev - Kentaro İida (Yaponiya)

1/4 final. Zelim Kotsoyev - Ramadan Darviş (Misir)

1/8 final. Zelim Kotsoyev - İvan Remarenko (BƏƏ)

1/16 final. Zelim Kotsoyev - Xoakim Dvarbi (İsveç)

1/32 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)

1/8 final. Elmar Qasımov - Loren Böhler (Avstriya)

1/16 final. Elmar Qasımov - Tomas Briseno (Çili)

+100 kq

1/8 final. Uşangi Kokauri - Yohannes Frey (Almaniya)

1/16 final. Uşangi Kokauri - Ceyqu Yun (Cənubi Koreya)

Qadınlar

+78 kq

Bürünc medal görüşü: İrina Kindzerska - Nihel Şeyx Ruhu (Tunis)

1/2 final. İrina Kindzerska - İdalis Ortis (Kuba)

1/4 final. İrina Kindzerska - Maria Suelen Alteman (Braziliya)

1/8 final. İrina Kindzerska - Kseniya Çibişova (Rusiya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm