İngiltərə kubokunun qalibi müəyyənləşdi - VİDEO
Bizi izləyin

İdman

İngiltərə kubokunun qalibi müəyyənləşdi - VİDEO

İngiltərə kubokunun (FA) final görüşü keçirilib.

Publika.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti” – “Çelsi” komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Əlavə olunmuş dəqiqələrdə də qalibi müəyyənləşdirmək mümkün olmayıb.

Penaltilər seriyasında daha dəqiq olan “Mançester Siti” (4:3) tarixində altıncı dəfə İngiltərə kubokunun sahibi olub. “Çelsi”nin heyətində Jorjinyo, David Luiz, “Mançester Siti”də isə Bernardo Silva zərbələrini dəqiq yerinə yetirə bilməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm