Azərbaycanlı cüdoçu Almaniyada çempion oldu: "Yaponlar üçün..."
Bizi izləyin

İdman

Azərbaycanlı cüdoçu Almaniyada çempion oldu: "Yaponlar üçün..."

Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirinin finalında yaponiyalı Sanşiro Muraonu məğlub etmiş Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev “Euronews” kanalına müsahibə verib.

Publika.az xəbər verir ki, yarışdakı qalibiyyəti və qələbə təəssüratlarını bölüşən çempion çox xoşbəxt olduğunu bildirib.

"Yapon döyüşçüləri üçün gənc və yaşlı olmağın fərqi yoxdur. Çünki onlar yapondurlar və texniki cəhətdən istedadlıdırlar. Döyüşün əvvəlində iki xəbərdarlıq aldım və sona qədər bir daha belə halın baş verməməsinə çalışdım. Mümkün olan hər şeyi etdim və qələbə qazandım. Həqiqətən çox xoşbəxtəm”, - 90 kq çəki dərəcəsində yarışan Mehdiyev qeyd edib.

Qeyd edək ki, Böyük Dəbilqə turnirində Azərbaycandan Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Bununla da Azərbaycan cüdo yığması 93 ölkə arasında 3-cü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm